+ All Categories
Home > Documents > Dil tipi və dildə tip anlayışı

Dil tipi və dildə tip anlayışı

Date post: 27-Jan-2023
Category:
Upload: adu
View: 0 times
Download: 0 times
Share this document with a friend
11
Dil tipi və dildə tip anlayışı
Transcript

Dil tipi və dildə tip anlayışı

V.D.Arakin “dil tipi” məfhumu barədə fikri:

“Konkret bir dil tipi dedikdə bir dilin xüsusi əlaqələrlə birləşmiş xüsusiyyətlərinin

məcmusu nəzərdə tutulur. Bu xüsusiyyətlərdən birinin varlığı və ya yoxluğu digərinin də

mövcudluğu və ya yox olması ilə nəticələnir”

Dildə tip eyni bir dilin daxilində müxtəlif dil tiplərinə məxsus elementlərin mövcudluğudur.

Dilin tipi onun bütün səviyyələrində müşahidə olunan dominant xüsusiyyətlər sayəsində müəyyənləşdirilir.

Türk dilləri aşağıdakı ortaq xüsusiyyətlərə malikdirlər:

Ahəng qanunuAffikslərin birmənalılığıSifətin təyin etdiyi sözdən əvvəl gəlməsiSözün kökünün dəyişməzliyiSəs dəyişməsinin olmaması

Dil sistemi 3 əsas hissədən ibarətdir:a) Fonoloji sistemb) Leksik sistemc) Qrammatik sistem

Bu yarımsistemlər də aşağıdakı dil səviyyələrini meydana gətirir:

1) Fonoloji səviyyə2) Fonetik səviyyə3) Morfoloji səviyyə4) Leksik səviyyə5) Sintaktik səviyyə

1) Fonoloji tipologiya -

dillərin fonoloji və fonetik səviyyələrinin müqayisəli öyrənilməsi ilə məşğuldur.

2) Fonetik tipologiya -dillərin fonetik səviyyələrini tədqiqata cəlb edir.

3) Morfoloji tipologiya 2 qola ayrılır:

a) Geniş mənada dillərin morfoloji prinsip əsasında təsnifi;

b) Dar mənada bütün morfoloji elementlərin müqayisəli tədqiq olunması

5) Leksik tipologiya –dillərin leksik səviyyəsinin elementlərini tədqiq edir və tədqiqat obyektindən asılı olaraq müxtəlif qollara ayrılır:

a) Sözlərin tipologiyası;b) Sözdüzəltmə tipologiyası;c) Müqayisəli leksikoqrafiya;d) Leksik-statistik tipologiya;e) Alınma sözlərin tipologiyası;f) Frazeoloji tipologiya;g) Onomastik tipologiya;h) Toponimlərin tipologiyası;i) Terminoloji tipologiya.

Dillərin mikro və makrosistemlərindəki struktur bənzərliklər izomorfizmlər adlanır.

Allomorfizmlər tipoloji müqayisəyə cəlb olunan dillərin müxtəlif səviyyələri arasında fərqli elementlərə verilən addır.

Dil universaliləri bütün dillərə məxsus xarakterik xüsusiyyətlərdir

Onların aşağıdakı tipləri mövcuddur:a) Deduktiv və induktiv;b) Absolyut və stativ;c) Sadə və mürəkkəb;d) Sinxronik və diaxronik;e) Ekstralinqvistik və linqvistik.


Recommended